Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış190
Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm
Yazar: Baybək ArazOğlu Tarix: Avqust 31, 2008 17:17ƏLİFBA
Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.
Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.
İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.
Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.
Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:
Latin
Adı
Nümunə
Latin
Adı
Nümunə
Aa
a
Alçaq
Qq
qe
Qulaq
Bb
be
Bütöv
Ll
el
Laxlamaq
Cc
ce
Coşqun
Mm
em
Mağara
Çç
çe
Çiçək
Nn
en
Narın
Dd
de
Dayaq
Oo
o
Oba
Ee
e
Elçi
Öö
ö
Ölçü
Əə
ə
Əmək
Pp
pe
Paltar
Ff
fe
Fışıltı
Rr
er
Rəng
Gg
ge
Güzgü
Ss
se
Səs
Ğğ*
ğe
Dağ
Şş
şe
Şanlı
Hh
he
Haray
Tt
te
Tanıtmaq
Xx
xe
Xəzər
Uu
u
Uzun
Iı*
i
Yağı
ÜÜ
ü
Ünlü
İi
i
İncə
Vv
ve
Varlıq
Jj
je
Jalə
Yy
ye
Yaylaq
Kk
ke, ka
Kəskin
Zz
ze
Zingilti
*QEYD: Dilimizdə iki hərflə: Iı və Ğğ hərfləri ilə söz başlanmır.
FONETİKA
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:
1. Səslilər(Ünlülər-Saitlər),
2. Səssizlər(Ünsüzlər-samitlər).Səslilər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .
Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
DAVAMINA BAXIN!
Səslilərin bölgüsü
Dilimizdə 9 səsli səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə səslilərin aşağıdakı üç bölgüsü var:
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqi durumuna) görə:
Qalın səslilər (dilarxası): [a], [ı], [0], [u].
İncə səslilər (dilönü): [ə], [i], [ö], [ü], [e].2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (ağız boşluğunun vəziyyətinə) görə:
Qapalı səslilər (dar): [ı], [i], [u], [ü].
Açıq səslilər (gen): [a], [ə], [o], [ö], [e].Qapalı səslilərin teleffüzünde alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar səslilər də deyilir). Bu səsliləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çı, çi, -çu, -çü; -lıq, -lik, -lııq, -Iük və s.) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı səslilər iştirak edir. Açıq səslilərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen səslilər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan səslilər: [o], [ö], [u], [ü].
Dodaqlanmayan səslilər: [a], [ə], [ı], [i], [e].Dodaqlanan səslilərin teleffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan səslilərin tələffüzündə isə bu hal baş vermir.
Səsli səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:
Açıq
Qapalı
Qalın
İncə
Qalın
İncə
Dodaqlanmayan
a
e, ə
i
i
Dodaqlanan
o
ü
u
ü
Cədvəldən göründüyü kimi, hər bir səslinin üç növü var. Məsələn: [a] səslisi qalın, açıq, dodaqlanmayan: [ü] səslisi incə, qapalı, dodaqlanandır.
Səslilərin üç bölgüsü olduğu üçün onların qarşılaşdırılması da aşağıdakı 3 cədvəldə olduğu kimidir:
I. Qalın səslilər: [a], [ı], [o], [u]
İncə səslilər: [ə], [i], [ö], [ü]II. Açıq səslilər: [a], [ə], [o], [ö]
Qapalı səslilər: [ı], [i], [u], [ü]III. Dodaqlanan səslilər: [o], [ö], [u], [ü]
Dodaqlanmayan səslilər: [a], [ə], [ı ], [i ][e] səsinin taleffüzündə dil neytral vəziyyətdə olur, buna görə də onun heç bir qarşılığı yoxdur.
Şəkilçilərdə yalnız a, ə, ı, i, u, ü səsliləri iştirak edir.
Bəzi səslilərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi səslilər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, şölə, şöbə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur.
Bəzi sözlərdə [i], [u] və [o] səsliləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i:] səslisi; Füzuli, musiqi, xüsusi sözlərində [u:] səslisi uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o:] səslisi uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v səssizi (bəzən də n səssizi) tələffüzdə düşür: [do:şan], [so:ra], [lo:ğa]. Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir: [tö:bə], [lö:bər], [bənö:şə].
Dilimizdəki [ı] və [ü] səsliləri isə uzun tələffüz olunmur.
Səssiz səslərin növləri
Səssizler səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Kar səssizlər
2. Cingiltili səssizlərKar səssizlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Cingiltili səssizlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Dilimizdəki cingiltili və kar səssizlərin çoxu cütlük təşkil edir:
Cingiltili səssizlər: [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r], -
Kar səssizlər: [p], [k'], [f], [x], [t], [ş], [s], [x`], [k], [ç], - - - - [h][1], [m], [n], [r] cingiltili səssizlərinin kar qarşılığı, [h] kar səssizinin isə cingiltili qarşılığı yoxdur.
[m] və [n] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna: görə həmin səssizlərə burun səssizləri deyilir.
Dilimizdə 25 səssiz səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] səssizinin kar qaşılığı) və ipək, çiçək, məktəb sözlərindəki [x`] səssizini (cingiltili [y] səssizinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs elifbamızda kənd, türk, şəkil sözlərindəki [k]' səsini (cingiltili [g] səssizinin kar qarşılığını) ifadə edən "k" herfi ilə göstərilir. Buna görə də dilimizdəki səssiz səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.
Dilimizdə 34 səs, 32 hərf var.
Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə səslilərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın səslili heca ilə başlayırsa, sonrakı hecalar da qalin səslili olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə səsli ilə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz; Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(İşıq, ilan, ilğım, iıı am, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm ve dəyişməz 0lur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu özəlliyinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonotikanı birləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.
Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
Görüşlər(1)
Azərbaycan dili
-
Şəbnəm Sentyabr 2, 2008 19:53
Bölmələr
- Azərbaycan kültürü (14)
- Azərbaycan dili (7)
- HeydərBaba (2)
- Dədə Qorqud (4)
- Xalq Mahnıları (3)
- qadın (1)
- Ata-Baba Sözləri (1)
- QaraBağ (11)
Dost bloglar
- HOSTILE.AZERIBLOG.COM
- Bayraqları bayraq edən üsdündəki qandı!!!!
- Virtual Hiper e-Kitabxana
- YEK AZERİLERİN YEK SAYTİ
- GÖZƏL məkan
- monster.azeriblog.com
- Yaşasın Azerbaycan
- CavidAn - səhra küləyi...
- ۞ C A H A N ۞
- ...:::M A F İ Y A:::...
- "Vətəndaş" Xəbər Bülleteni
- Millətin Səsi
- Turk
- ƏN SON XƏBƏRLƏR, MƏQALƏLƏR
- AzErBaIjAn
- Mürəkkəb dolu qələm
- Urum Blog
- Sahil
- VƏTƏN HƏR ŞEYDƏN ÜSTÜNDÜR
- yaprağ tökündüsü
- Zaur-Əliyev
- Dusharge دوشرگه
- .:: YURD informasiya mərkəzi ::.
- Odlar Yurdu, Azərbaycan
- 5'Freedoms/Azadlıq
- Şəms EL
- Sensizolmaz: Sevgi dolu dünyam
- ...K.e.l.e.b.e.k...
- (¨*•.New Proxy.•*¨)
- Füzuli Sabiroğlu
- Aysel Nəsirzadə
- Olan ve Biten
- ۞ TÜRK BİRLİYİ ۞
- duzli oğlan ( دوزلی اوغلان )
- Elmi bloq
- Men hami kimi deyilem!!!
- ...:::::^^YUMOR^^:::::...
- Təbrizli Rza Əfşarpur(Əfşar)
- Ağdam-Qarabağ-Azərbaycan
- şeir çələngi
- www.zauri.azeriblog.com
- mənim özum
- Qalanxan
- Butov Azerbaycan
Qabaqki yazılar
- «آللاه «بختیار واهابزاده
- ALLAH "Bəxtiyar Vahabzadə"
- «دئييل مي؟ «سولئيمان روستم
- Deyil mi? "Süleyman Rüstəm"
- araz
- HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA
- Heydər Baba(5.~8. Bölümlər)
- Şəlalə Cəvanşirdən neçə şe`r
- (ائليمين داياغي يوردومون فخري» شاعير: بولوت قاراچورلو(سهند»
- ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))
- "Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm
- Novruz bayramı Təbrik mesajları
- Azərbaycan Maralı
- Novruz
- Yağış çağırmaq (Güney Azərbaycan variantı)
- "Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu
- Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
- Arxa, kömək, dayaq, iftixar - haqqında
- Vətən, qurbət - haqqında
- Semed vurğundan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Şehriyardan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Nəsimiden bir gözel şe`r: *Yüz min cəfa qılsan mənə*
- Xaqaniden bir gözel şe`r: *VƏTƏN*
- Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*
- Su çərşənbəsi, yaxud əzəl çərşənbə
- Bulut Qaraçorlu(səhənd)dən bir şe`r
- Azadlığım(Xəlil rıza ulutürk)
- Ana dilimizin yazı qaydaları
- Gəlmisən, gedirsən.
- Gülüstan poeması(Bəxtiyar vahabzadə)
- Bəxtiyar Vahabzadə
- Rəşid Behbudov
- EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
- Mirzə Ələkbər Sabir
- Türk olmaq
- Kamança
- Muğam
- Kitabi dədə qorqud-Birinci boy
- Cenubi Azerbaycanda turk lehceleri
- Türkün dili tək sevgili, ehsaslı dil olmaz (ustad şəhriyar)
- KİTABİ-DƏDƏ QORQUD
- Səməd Vurğun
- Heydər Baba(1.~4. Bölümlər)
- Təbrizim(Süleyman Rüstəm)
- Süleyman Rüstəm
- Bulud Qaraçorlu(SƏHƏND)
- weblogın açılışı!



Salam. Faydalı yazılar üçün çox sağ olun. Qrammatikamızı bilməlidir hər kəs.